Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Prezidentin mətbuat katibi Azər Qasımovun təltif edilməsi haqqında sərancam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 22-də Azər Qasımovun 50 yaşı tamam olub.