Azərbaycan Prezidenti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişikliklər barədə fərman imzalayıb

Azərbaycan Prezidenti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişikliklər barədə fərman imzalayıb Azərbaycan Prezidenti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişikliklər barədə fərman imzalayıb
Daxili siyasət
20 May , 2016 22:04
Azərbaycan Prezidenti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişikliklər barədə fərman imzalayıb

Bakı. 20 May. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Report"un məlumatına görə fərmanda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.10-1-ci və 2.10-2-ci bəndlər əlavə edilsin:

“2.10-1. Yerli icra hakimiyyətində, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı orqanın və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

2.10-2. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini yerli icra hakimiyyətinin başçısı təsdiq edir.”.

Son xəbərlər

Orphus sistemi