Azərbaycan prezidenti və xanımı Avropa Oyunları Parkının qarşısında salınan yeni parkla tanış olublar - FOTO

Azərbaycan prezidenti və xanımı Avropa Oyunları Parkının qarşısında salınan yeni parkla tanış olublar - FOTO Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi
Daxili siyasət
8 İyun , 2015 22:09
Azərbaycan prezidenti və xanımı Avropa Oyunları Parkının qarşısında salınan yeni parkla tanış olublar - FOTO

Bakı. 8 İyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

"Report"un xəbərinə görə, dövlət başçısının diqqətinə çatdırıldı ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi.

Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi