Azərbaycan prezidenti Turizm Reyestrinin yaradılmasına 400 min manat ayırıb

Azərbaycan prezidenti Turizm Reyestrinin yaradılmasına 400 min manat ayırıb İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb
Daxili siyasət
1 Sentyabr , 2016 18:48
Azərbaycan prezidenti Turizm Reyestrinin yaradılmasına 400 min manat ayırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi