​Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib

​Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib "Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir"
Daxili siyasət
3 Fevral , 2015 18:44
​Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi