Azərbaycan prezidenti sahibkarlıq sahəsində qanunsuz yoxlama aparan məmurlara yeni cəzaların tətbiqi ilə bağlı sənədi imzalayıb

Azərbaycan prezidenti sahibkarlıq sahəsində qanunsuz yoxlama aparan məmurlara yeni cəzaların tətbiqi ilə bağlı sənədi imzalayıb Dəyişiklə bağlı prezident İlham Əliyev müvafiq sənədi imzalayıb
Daxili siyasət
4 Noyabr , 2014 10:13
Azərbaycan prezidenti sahibkarlıq sahəsində qanunsuz yoxlama aparan məmurlara yeni cəzaların tətbiqi ilə bağlı sənədi imzalayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişiklik qüvvəyə minib.

"Report"un məlumatına görə, bununla bağlı prezident İlham Əliyev müvafiq sənədi imzalayıb.

Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması, aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək  miqdarda cərimə ediləcək. Eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə, yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslərin beş yüz manatdan min manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulur.

Bundan əlavə, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək miqdarda cərimə ediləcək.

Həmçinin sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslərə min manatdan min beş yüz manatadək miqdarda cərimə tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi