Azərbaycan Prezidenti “Polis haqqında” qanuna dəyişikliyi imzalayıb

Azərbaycan Prezidenti “Polis haqqında” qanuna dəyişikliyi imzalayıb Polisə müəyyən hallarda elektroşok vasitələrindən istifadə etməyə icazə verilib
Daxili siyasət
13 Noyabr , 2014 19:24
Azərbaycan Prezidenti “Polis haqqında” qanuna dəyişikliyi imzalayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliklə bağlı sənədi imzalayıb. “Report” xəbər verir ki, polisə müəyyən hallarda elektroşok vasitələrindən istifadə etməyə icazə verilib.

Belə ki, elektroşok vasitələri “Polis haqqında” qanunun 26-cı maddəsinin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi