Azərbaycan prezidenti zəlzələ ilə əlaqədar Nepal xalqına başsağlığı verib

Azərbaycan prezidenti zəlzələ ilə əlaqədar Nepal xalqına başsağlığı verib İlham Əliyev xəbərdən sarsıldığını bildirib
Daxili siyasət
25 Aprel , 2015 21:41
Azərbaycan prezidenti zəlzələ ilə əlaqədar Nepal xalqına başsağlığı verib

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Nepalda baş verən və çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələ ilə əlaqədar olaraq həmkarı Ram Baran Yadava başsağlığı məktubu göndərib.

“Report” xəbər verir ki, dövlət başçısı məktubunda dəhşətli faciə xəbərindən sarsıldığını bildirib:

“Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi