Azərbaycan Prezidenti Neftçala rayonunda yol tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan Prezidenti Neftçala rayonunda yol tikintisinə 3 milyon manat ayırıb Sərəncama əsasən, 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunu yenidən qurulacaq
Daxili siyasət
7 İyul , 2015 15:59
Azərbaycan Prezidenti Neftçala rayonunda yol tikintisinə 3 milyon manat ayırıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Neftçala Rayon İcra Hakimiyyətinə ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi