Azərbaycan Prezidenti: “Məqsədimiz nefti insan kapitalına çevirməkdir”

Azərbaycan Prezidenti: “Məqsədimiz nefti insan kapitalına çevirməkdir” “Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə endirilib”
Daxili siyasət
26 Aprel , 2016 09:50
Azərbaycan Prezidenti: “Məqsədimiz nefti insan kapitalına çevirməkdir”

Bakı. 26 aprel. REPORT.AZ/ “Azərbaycan torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz inkişaf edir. Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə endirilib. İşsizliyin də səviyyəsi bir o qədərdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

Prezident qeyd edib ki, Azərbaycan zəngin enerji resurslarına malikdir: “Amma bizim məqsədimiz nefti insan kapitalına çevirməkdir. Biz coğrafi mövqeyimizdən çıxış edərək enerji nəqli üçün dəhliz rolunu oynayırıq. Şimal-Cənub dəhlizinin həyata keçirilməsi çox mühümdür. Digər layihələrin də həyata keçməsi o deməkdir ki, biz birgə çalışırıq”.

Son xəbərlər

Orphus sistemi