​Azərbaycan Prezidenti: "Məmurların özləri, ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər"

​Azərbaycan Prezidenti: "Məmurların özləri, ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər" İlham Əliyev: "Məmurların statusu insanlara xidmət etməkdir"
Daxili siyasət
26 Yanvar , 2016 15:15
​Azərbaycan Prezidenti: Məmurların özləri, ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər

Bakı. 26 yanvar. REPORT.AZ/ "Dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələri yolverilməzdir".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir: "Məmurlar xalqla bir yerdə olmalıdırlar. Həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib. Biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdırlar. Məmurların özləri, ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların xüsusi hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanların problemlərini həll etməlidirlər, onlara qayğı göstərməlidirlər, insanları incitməməlidirlər".

Son xəbərlər

Orphus sistemi