Azərbaycan Prezidenti: "Ermənistan səfil ölkədir, orda heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər"

Azərbaycan Prezidenti: "Ermənistan səfil ölkədir, orda heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər" Dövlət başçısı: "Bu gün müxtəlif ölkələrdə eyni üsulla Azərbaycana qarşı çirkin kampaniya aparırlar"
Daxili siyasət
3 İyun , 2016 12:07
Azərbaycan Prezidenti: Ermənistan səfil ölkədir, orda heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər

Bakı. 3 iyun. REPORT.AZ/ "Bu gün müxtəlif ölkələrdə eyni üsulla Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri dünyaya çatdırmalıyıq. Çatdırmalıyıq ki, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdü bunu biz hamımız yaxşı bilirik".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, hətta 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa köçürülməsini təsdiq edən və 150 illik yubileyini qeyd edən abidə də ucaldıblar: "Müharibə zamanı ermənilər özləri bu abidəni dağıtdılar ki, tarixdən silinsin. Yəni budur reallıq, ora bizim tarixi torpağımızdır. Bütün toponimlər, bütün şəhərlərin, kəndlərin adı Azərbaycan mənşəlidir, Nəinki Dağlıq Qarabağ indi Ermənistan ərazisi olan İravan xanlığı, Zəngəzur, Göyçə bizim tarixi torpağımızdır. Götürün XX əsrin əvvəlllərində çar Rusiyasında çap edilmiş xəritələrə baxın. Bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sonra ermənilər bunları yavaş-yavaş dəyişməyə başladılar. Bizim tarixi abidələrimizi, məscidlərimizi sındırdılar, dağıtdılar ki, tarix silinsin. Bu birinci məsələdir.

İkinci məsələ biz işğala məruz qalmışıq. Bu dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi işğal altındadır. Dağlıq Qarabağda və 7 rayonda etnik təmizləmə siyasəti bizə qarşı aparılıb. Bizim 1 milyon qaçqın - köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT dörd qətnamə qəbul edib, tələb edib ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılsın. Onlara əməl edilmir. Yəni budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəst qüvvələr də inkar edə bilməz. Halbuki buna çalışırlar. Ona görə bu həqiqətlər çatdırılmalıdır".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar, xəritələr, kitablar, tarixi sənədlər var: "Bizim alimlərimiz çox böyük işlər görürlər. İrəvan xanlığına dair böyük bir elmi əsər yaradılıb. Çünki dünyada bir çoxları bilmir ki, bu bizim tarixi torpağımızdır. Ancaq biz bunu sübut edirik. Sənədlər əsasında, xarici dillərə tərcümə edirik. Ona görə bu isitiqamət diaspora təşkilatları üçün əsas olmalıdır. Diaspora təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar. Biz bunu hələ ki görmürük və o internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda Azərbaycan həqiqətləri orda göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan qəzetləri dərc edilməlidir. Həm Azərbaycan dilində Azərbaycan vətəndaşları oxusun, uşaqlar oxusun ana dilini bilsinlər, həm də azərbaycanlılar yaşadıqları ölkələrin dillərində bu həqiqətləri yaymalıdırlar.

Biz informasiya dövründə yaşayırıq və getdikcə bu informasiyanın əhəmiyyəti ancaq artacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə əgər erməni diasporası bunu özbaşına edir. Ermənistan səfil bir ölkədir, orda heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər. Nəinki harasa, xaricə nəsə yardım edə bilərlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir, həll edə bilər, dəstək verir, verə bilər. Sadəcə olaraq bu məqsədyönlü şəkildə aparılmalıdır. Səmərəli şəkildə bu işlər qurulmalıdır. Beləliklə Azərbaycan reallıqları haqqında həqiqətə uyğun informasiyalar geniş yayılmalıdır və hər yerdə görünməlidir". 

Son xəbərlər

Orphus sistemi