İraq səfiri: "Azərbaycan Oyunlara ev sahibliyi etməklə bir daha özünü Şərqlə Qərb arasında körpü kimi təqdim etdi"

İraq səfiri: "Azərbaycan Oyunlara ev sahibliyi etməklə bir daha özünü Şərqlə Qərb arasında körpü kimi təqdim etdi" Heydər Şiyə Qubeyşi Əl-Barrak: "İslam Əməkdaşlıq Təşkilatının üzvləri kimi İslam Həmrəyliyi Oyunlarında iştirak etmək niyyətindəyik"
Daxili siyasət
22 İyun , 2015 18:23
İraq səfiri: Azərbaycan Oyunlara ev sahibliyi etməklə bir daha özünü Şərqlə Qərb arasında körpü kimi təqdim etdi

Bakı. 22 iyun. REPORT.AZ/ "İslam Əməkdaşlıq Təşkilatının üzvləri kimi İslam Həmrəyliyi Oyunlarında iştirak etmək niyyətindəyik. Bu iki yarışa ev sahibliyi etməklə Azərbaycan bir daha özünü Şərqlə Qərb arasında körpü kimi təqdim etdi". "Report" xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin qəbulunda çıxış edərkən deyib.

Səfir qeyd edib ki, Azərbaycan həmçinin özünü Şərqlə Qərbin sülh körpüsü, tolerantlıq, başqalarını qəbul etmə, terrorizm və terrorçularla mübarizə nümunəsi kimi təqdim etdi: "İnşallah, hər şey Azərbaycanın tərəfində olacaq. Bu müqəddəs Ramazan ayında Azərbaycan hökuməti və xalqına səmimi salamlarımızı və hörmətimizi çatdırmaq istərdik". 

Son xəbərlər

Orphus sistemi