Azərbaycan ​MSK-nın iclası keçirilib

Azərbaycan ​MSK-nın iclası keçirilib Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Daxili siyasət
6 Dekabr , 2014 15:33
Azərbaycan ​MSK-nın iclası keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, Məzahir Pənahovun sədrliyilə keçirilən iclasda əvvəlcə qurumun 26 noyabr 2014-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 45 saylı Abşeron DSK üzrə Masazır bələdiyyəsinə namizədliyini irəi sürmüş Rəhim Mustafayev MSK-ya müraciət edib. R.Mustafayev müraciətində DSK-nın onun namizədləyini qeydə almaması ilə bağlı çıxardığı qərarın ləğv edilməsini xahiş edib. Müraciət nəzərdə tutulan vaxtdan sonra göndərildiy üçün MSK tərəfindən qəbul olunmayıb.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Son xəbərlər

Orphus sistemi