Hökumət dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib

Hökumət dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb
Daxili siyasət
24 Aprel , 2015 09:22
Hökumət dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib. “Report” xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, Azərbaycanda dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Qeyd edək ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1024 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Son xəbərlər

Orphus sistemi