Bakı. 22 may. REPORT.AZ/ Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardla görüş keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.
M.Mard Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün tərəflərin lazım olan səyləri göstərdiyini bildirib. Səfir Azərbaycan nümayəndə heyətinin Riqa sammitində iştirakının və strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etməsinin əlaqələrin inkişafına tövhə verəcəyinə ümid etdiyini deyib. Səfir Şura sədrini Aİ-nın Azərbaycandakı ofisinin elan etdiyi qrant müsabiqəsi haqqında da məlumatlandırıb və Şura ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Şura sədri Azay Quliyev ölkənin bir çox sahələrdə Aİ ilə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanın strateji tərəfdaşlıq haqqında təşəbbüsünün dəstəklənməsinin hər iki tərəfə faydalı olacağını vurğulayıb. Azay Quliyev Şuranın Aİ-nın yerli ofisi ilə birgə qrant müsabiqələrinin həyata keçirilməsi, regional
Sonda vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlı səslənən təkliflərin yaxından araşdırılması və mümkün təşəbbüslərin dəstəklənməsi haqqında razılıq əldə olunub.