Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.
Görüşü giriş sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev qonaqları salamlayaraq ABŞ ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.
Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.
Səfir
Azay Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin iki ölkə arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.