​Azad Demokratlar Partiyası "Azadlıq-2015" seçki blokundan çıxıb

​Azad Demokratlar Partiyası "Azadlıq-2015" seçki blokundan çıxıb Bu barədə qərar partiyanın Ali Məclisinin iclasında qəbul edilib
Daxili siyasət
6 Sentyabr , 2015 14:29
​Azad Demokratlar Partiyası Azadlıq-2015 seçki blokundan çıxıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azad Demokratlar Partiyası (AzDP) "Azadlıq-2015" seçki blokunu tərk edib.

Bu barədə "Report"a AzDP sədri Sülhəddin Əkbər məlumat verib. 

O bildirib ki, qərar partiyanın Ali Məclisinin iclasında qəbul edilib:

"Ölkədəki seçkiöncəsi mövcud durumu və Azad Demokratlar Partiyasının rəsmi dövlət qeydiyyatına alınmamasını nəzərə alaraq bu addımı atdıq".

İclasda qeyd olunub ki, ADP-nin qarşıdan gələn parlament seçkilərində iştirakı siyasi baxımdan məqsədəuyğun hesab edilməsin. Eləcə də səsvermədə iştirak etmək istəyən partiya üzvləri və tərəfdarlarına seçkiyə fərdi qaydada qatılan partiya üzvlərini və "Azadlıq-2015" seçki blokunun namizədlərini dəstəkləmək tövsiyə olunub.

Xatırladaq ki, "Azadlıq-2015" seçki blokunda seçki blokunda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Aydınlar Partiyası təmsil olunur.

Mərkəzi Seçki Komisiyyası (MSK) sonuncu iclasında bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı "Azadlıq-2015" seçki blokunu qeydə alıb.

Son xəbərlər

Orphus sistemi