AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.
Daxili siyasət
14 İyun , 2023 17:07
AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

Bu barədə "Report"a AYB-dən məlumat verilib.

Bildirilib ki, bu barədə qərar iyunun 14-də, Birliyin katibliyin növbəti toplantısı zamanı qəbul edilib.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Birliyin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb. Ümumi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib.

Qərara alınıb ki, yeni bölmənin sədri millət vəkili, tanınmış şair Musa Ururd təyin edilsin. Bölmənin sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Nİftəliyev təyin edilib.

Son xəbərlər

Orphus sistemi