​AXCP-nin qurultaya görə ödəyəcəyi pulun məbləği açıqlanıb

​AXCP-nin qurultaya görə ödəyəcəyi pulun məbləği açıqlanıb Partiya Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi ilə müqavilə bağlayıb
Daxili siyasət
18 Sentyabr , 2015 13:02
​AXCP-nin qurultaya görə ödəyəcəyi pulun məbləği açıqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasları yekunlaşmaq üzrədir. Bir neçə rayon təşkilatında toplantılar keçirilməyib. Həmin yerli şöbələrdə də işlər bu həftənin sonuna qədər başa çatacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

Onun sözlərinə görə, indiyədək qurultaya 400-ə yaxın nümayəndə seçilib.

H.Kərimov bildirib ki, qurultayın keçirilməsi üçün Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi ilə müqavilə bağlayıblar: "Qurultayın keçirilməsi üçün Mədəniyyət Sarayının rəhbərliyinə hər saata görə 220 manat ödəyəcəyik. Zal qurultayın keçirilməsi üçün hazırlanır".

Qeyd edək ki, sentyabrın 27-də AXCP-nin VI (IX) qurultayı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi