AXCP Müsavat Partiyası ilə mitinq müzakirələrindən imtina edib

AXCP Müsavat Partiyası ilə mitinq müzakirələrindən imtina edib Yadigar Sadıqov: "Mitinqlərin birgə təşkili ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında müzakirələr aparılmayıb"
Daxili siyasət
2 Sentyabr , 2016 11:48
AXCP Müsavat Partiyası ilə mitinq müzakirələrindən imtina edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Mitinqlərin birgə təşkili üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında müzakirələr aparılmayıb. Çünki qarşı tərəf müzakirələrdən imtina edib".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov deyib.

O, Müsavat Partiyasının keçirəcəyi mitinqin tarixinin müəyyənləşməməsinin səbəbini də açıqlayıb: "Bəzi siyasi təşkilatlarla müzakirələr aparmalıyıq. Bura Nida Vətəndaş Hərəkatı, "D18" Hərəkatı və Real Hərəkatı daxildir. Müzakirələrdən və məsləhətləşmələrdən sonra mitinqin keçiriləcəyi tarix açıqlanacaq. Hazırda ümumi fikir ondan ibarətdir ki, mitinq sentyabrın 18-də keçirilsin. Amma bu barədə qərar verilməyib".

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şura sentyabrın 11-nə mitinq təyin edib.

Son xəbərlər

Orphus sistemi