​Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırılıb

​Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırılıb “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişiklik edilib
Daxili siyasət
27 Fevral , 2016 17:40
​Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişiklik edib.

“Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırılıb.

Sənədə görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin bir hissəsinin həyata keçirilməsi Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına həvalə edilir. Administrasiya cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, mülki aviasiyanın inkişafına dair təkliflərinə baxılması, illik hesabatlarının və mühasibat balanslarının qəbul edilməsi səlahiyyətinə malikdir.

Dəyişikliklə, Mülki Aviasiya Administrasiyasına Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti də verilib.

Son xəbərlər

Orphus sistemi