​AXCP sədrinin müavini Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb

​AXCP sədrinin müavini Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb
Daxili siyasət
16 Dekabr , 2014 16:51
​AXCP sədrinin müavini Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis ilə görüşüb. Bu barədə "Report"a AXCP-dən bildirilib.

Görüşdə ölkədə son zamanlar həyata keçirilən həbslər, vətəndaş cəmiyyəti sahəsində yaranan problemlər, Şərq Tərəfdaşlığı və ictimai-siyasi vəziyyət sahəsində digər məsələlər müzakirə edilib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi