ATƏT sədri Azərbaycandakı siyasi partiyaların sədrləri ilə görüşüb

ATƏT sədri Azərbaycandakı siyasi partiyaların sədrləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçki islahatları məsələləri müzakirə olunub
Daxili siyasət
1 İyun , 2015 17:02
ATƏT sədri Azərbaycandakı siyasi partiyaların sədrləri ilə görüşüb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycana səfərə gəlmiş ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib.

Bu barədə "Report"a Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.

O bildirib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçki islahatları məsələləri müzakirə olunub.

Görüşdə Ümid Partiyası, Vətəndaş Həmrəliyi Partiyası (VHP), Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası (BQP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Ədalət Partiyasının sədri iştirak edib.

Son xəbərlər

Orphus sistemi