Astarada Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib

Astarada Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib Zəfər Günü ilə bağlı Astarada bir sıra tədbirlər keçirilib.
Daxili siyasət
8 Noyabr , 2022 17:17
Astarada Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib

Astara rayonunda Zəfər Günü ilə bağlı bir sıra tədbirlər keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, tədbir “Zəfər Parkın”ın ziyarəti ilə başlayıb.

Tədbir Astara Olimpiya İdman Kompleksində təşkil olunan bayram şənliyi ilə davam edib. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Qeyd olunub ki, bu gün rəşadətli Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin ikinci ildönümüdür. Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

Xatıradılıb ki, 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim olub və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Beləliklə, respublikamızın ərazi bütövlüyü bərpa olunub və şəhidlərimizin qisası alınıb.

Tədbirdə bildirilib ki, bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Eyni zamanda bu gün ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları şaddır.

Qeyd olunub ki, 44 gün davam edən Vətən savaşı dünya hərb tarixinə düşən və şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən qürurverici səhifəsidir. Azərbaycan xalqı öz liderinin ətrafında “dəmir yumruq” kimi birləşərək ona olan böyük inamını, sevigisini və Vətənə olan dərin məhəbbətini nümayiş etdirib.

Tədbirdə vurğulanıb ki, erməni vandallarından azad olunmuş hər bir qarış torpağımız Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən qurulur və çiçəklənir. Ata-baba torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı isə öz yurduna qayıtmağın böyük sevincini yaşayır.

Tədbirdə Zəfər Günü ilə əlaqədar hazırlanmış video çarx, kompozisiya, rəqs və mahnılar, eləcə də sərgilənən rəsm əsərləri maraqla qarşılanıb.

Bayram şənliyi konsert proqramı ilə davam edib və tədbir axşam saatlarında atəşfəşanlıqla başa çatacaq.

Son xəbərlər

Orphus sistemi