AŞPA Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini izləyəcək

AŞPA Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini izləyəcək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçki iyunun 18-nə təyin olunub
Daxili siyasət
27 May , 2016 00:15
AŞPA Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini izləyəcək

Bakı. 27 may. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkisini izləmək üçün öz müşahidəçilərini Azərbaycana göndərəcək.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov öz "twitter" mikrobloqunda yazıb.

"AŞPA bürosunun Tallində keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkisini izləmək üçün müşahidəçi göndərilməsi barədə qərar qəbul olunub", — deyə o bildirib.

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkisi iyun ayının 18-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi