​“Aqrarkredit” tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiqlənib

​“Aqrarkredit” tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiqlənib Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
7 Avqust , 2015 17:44
​“Aqrarkredit” tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiqlənib

Bakı. 7 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərmana əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank olmayan Kredit Təşkilatı (BOKT) tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri” təsdiq edilib.

Nazirlər Kabinetinə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi