​AMİP-də qurultayla bağlı fikir ayrılığı yaranıb

​AMİP-də qurultayla bağlı fikir ayrılığı yaranıb Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi işini yekunlaşdırıb
Daxili siyasət
15 Sentyabr , 2015 14:33
​AMİP-də qurultayla bağlı fikir ayrılığı yaranıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Azərbaycan Milli İstiqlal Partiyasında bir qrup qurultayın bu il keçiriləcək parlament seçkilərdən öncə, başqa bir qrup isə seçkilərdən sonra keçirilməsinin tərəfdarıdır. Təbii ki, bu təkliflər həm Siyasi Şurada, həm də Mərkəzi Şurada müzakirə olunacaq məsələlərdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arzuxan Əlizadə deyib.

O bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi işini yekunlaşdırıb: "Bölgələrdə konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Təşkilat Komitəsi görülən işlərlə bağlı hesabat hazırlayacaq və partiyanın Siyasi Şurasına təqdim edəcək. Prosedura uyğun olaraq, Siyasi Şura Mərkəzi Şuranın çağırılması ilə bağlı qərar qəbul edəcək. Qurultayın da çağırılması Mərkəzi Şuranın səlahiyyətində olan məsələdir".

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi