Akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb

Akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb YAP 62 saylı Saatlı Seçki Dairəsindən Nazim Rəşidovun namizədliyini irəli sürüb
Daxili siyasət
15 Sentyabr , 2015 18:39
Akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb. 

"Report"un məlumatına görə, YAP akademik Cəlal Əliyevin deputat seçildiyi 62 saylı Saatlı Seçki Dairəsindən yeni namizəd irəli sürüb. Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən YAP-ın namizədi Nazim Rəşidov olacaq. 

N.Rəşidov Saatlı rayonunun Dədə Qorqud bələdiyyəsinin sədri işləyib. 

C.Əliyev Azərbaycan Milli Məclisinə I-IV çağırış seçkilərdə deputat seçilib.

Son xəbərlər

Orphus sistemi