Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşlarla görüşəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşlarla görüşəcək Görüşdə Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam rayon sakinləri iştirak edə bilərlər
Daxili siyasət
18 Fevral , 2016 17:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşlarla görüşəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beyləqan rayonunda vətəndaşları qəbul edəcək, Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, qəbul fevralın 19-da saat 11:45-də Beyləqan rayonunun Heydər Əliyev Mərkəzində olacaq. 

Görüşdə əlil uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığaverilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalmaq və s. kimi məsələlərlə bağlı Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam rayon sakinləri iştirak edəcəklər.

Qəbul zamanı ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat veriləcək, eyni zamanda Beyləqan rayonda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular müzakirə olunacaq və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin ediləcək, müraciətləri qeydə alınacaq.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi