Ağstafada Gənclər Günü ilə bağlı konsert təşkil olunub

Ağstafada Gənclər Günü ilə bağlı konsert təşkil olunub Azərbaycan Gəncləri Günü Ağstafa rayon Heydər Əliyev Mərkəzində qeyd olunub.
Daxili siyasət
2 Fevral , 2022 23:50
Ağstafada Gənclər Günü ilə bağlı konsert təşkil olunub

Azərbaycan Gəncləri Günü Ağstafa rayon Heydər Əliyev Mərkəzində qeyd olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon ictimayiətinin gənc nümayəndələri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Öncə Mərkəzin önündə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Tədbirdə çıxış edənlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis olunan Gənclər Gününün yüksək əhəmiyyətindən, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin olunmasından geniş söz açıblar.

Daha sonra Ağstafanın ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup gənc Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.

Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi