Bakı. 24 may. REPORT.AZ/ Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının müşavirəsi keçirilib.
"Report" xəbər verir ki, müşavirədə partiyanın Ali Məclisinin üzvü Ağaşirin Tanrıverdioğlunun fəaliyyətinə baxılıb və onun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.
Ağaşirin Tanrıverdioğlu "Report"a açıqlamasında bildirib ki, bu qərar ədalətsizdir və onun verilməsində AXCP-nin sədr müavinləri - Fuad Qəhrəmanlı və Gözəl Bayramlının rolu var.
O, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.