​ADP-nin deputatlığa namizədlərinin ilkin siyahısı açıqlanıb - SİYAHI

​ADP-nin deputatlığa namizədlərinin ilkin siyahısı açıqlanıb - SİYAHI Partiyanın Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib
Daxili siyasət
26 Avqust , 2015 15:02
​ADP-nin deputatlığa namizədlərinin ilkin siyahısı açıqlanıb - SİYAHI

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) bu il keçiriləcək parlament seçkilərilə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib.

ADP-dən "Report"a verilən məlumata görə, toplantıda Milli Məclisə bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə partiyadan olan namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Qərara alınıb ki, sentyabrın 5-də partiyanın Ali Məclisinin iclası keçirilsin və seçkilərlə bağlı məsələlər məclisin müzakirəsinə çıxarılsın.

Eyni zamanda, seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən aşağıdakı ilkin siyahının açıqlanması qərarlaşdırılıb:

1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi II Seçki Dairəsi;

2. Həsrət Rüstəmov – 14 saylı Xəzər Seçki Dairəsi;

3. Taliyyət Əliyev – 21 saylı Nəsimi I Seçki Dairəsi;

4. Rəşid Mansurov – 22 saylı Nəsimi II Seçki Dairəsi;

5. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi;

6. Nurəddin İsmayılov – 25 saylı Nizami II Seçki Dairəsi;

7. Zakir Hüseynov – 34 saylı Xətai II Seçki Dairəsi;

8. Vasif Abdullayev – 35 saylı Xətai III Seçki Dairəsi;

9. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt II Seçki Dairəsi;

10. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi;

11. Kamil İsayev – 46 saylı Şirvan Seçki Dairəsi;

12. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsi;

13. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi;

14. Məmmədağa Eynullayev – 70 saylı Masallı Şəhər Seçki Dairəsi;

15. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı Seçki Dairəsi;

Son xəbərlər

Orphus sistemi