​8 bələdiyyə üzrə keçirilən seçkilərin nəticəsi etibarsız sayılıb - SİYAHI

​8 bələdiyyə üzrə keçirilən seçkilərin nəticəsi etibarsız sayılıb - SİYAHI “Ümumilikdə 43 seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib”
Daxili siyasət
12 Yanvar , 2015 17:11
​8 bələdiyyə üzrə keçirilən seçkilərin nəticəsi etibarsız sayılıb - SİYAHI

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 8 bələdiyyə üzrə keçirilən seçkilərin nəticəsi etibarsız sayılıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

“Ümumilikdə 43 seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib”, - o bildirib.

O, nəticəsi etibarsız sayılan bələdiyyələrin adlarını açıqlayıb: “Bunlar 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində Ərəbşalbaş, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Uzunboyat və Sədan, 70 saylı Masallı Şəhər Seçki Dairəsində Musakücə, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Sağlaser, 94 saylı Bərdə Kənd Seçki Dairəsində Alpout, 95 saylı Tərtər Seçki Dairəsində Soyulan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Nizami bələdiyyələridir”.

Son xəbərlər

Orphus sistemi