​Zakir Həsənov: "Türkiyədən savayı heç bir dövlət Ermənistana təzyiq göstərmir"

​Zakir Həsənov: "Türkiyədən savayı heç bir dövlət Ermənistana təzyiq göstərmir" "Bəs, insan hüquqlarına cavabdehlik daşıyan beynəlxalq qurumlar niyə susurlar?"
Qarabağ
15 Dekabr , 2014 10:26
​Zakir Həsənov: Türkiyədən savayı heç bir dövlət Ermənistana təzyiq göstərmir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Neçə illərdir, Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə yoxdur".

"Report"un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.

O, inkişaf etmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların bu işğala ikili standartlardan yanaşdığını bildirib: "İki nəfər azərbaycanlı öz əzizlərini ziyarət etmək üçün doğma ata-baba ocaqlarına gedib və bu zaman ermənilər tərəfindən tutularaq qatil, terrorçu kimi istintaqa cəlb edilib. Artıq Ermənistan rəsmiləri bu məsələ ətrafında şou düzəldiblər. Bəs, insan hüquqlarına cavabdehlik daşıyan beynəlxalq qurumlar niyə susurlar? Axı, bizim vətəndaşlarımız terrorçu deyillər, sadəcə öz mənəvi ehtiyacları xatirinə işğalda olan doğma ocaqlarına gediblər. Amma neçə illərdir ki, qanuni torpaqlarımız işğala məruz qalıb, qardaş Türkiyədən savayı heç bir dövlət buna görə Ermənistana təzyiq göstərmir. Belə olan halda şəxsi məsuliyyətimizi dərindən hiss etməli və doğma torpaqlarımızı işğaldan azad etmək üçün ədalətli mübarizəyə hazır olmalıyıq".

Son xəbərlər

Orphus sistemi