Yuşenko: "Ukraynanın şərqində baş verən hadisələr Qarabağdakı münaqişə ilə eynidir"

Yuşenko: "Ukraynanın şərqində baş verən hadisələr Qarabağdakı münaqişə ilə eynidir" Ukraynanın sabiq prezidenti hesab edir ki, Qərb bu ölkəyə hərbi yardım göstərməlidir
Qarabağ
9 Oktyabr , 2014 12:24
Yuşenko: Ukraynanın şərqində baş verən hadisələr Qarabağdakı münaqişə ilə eynidir

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Ukraynanın şərqində baş verən hadisələr Rusiyanın Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Krımda apardığı müharibə ilə eynidir".

"Report" xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Avstriyanın "Profil" jurnalına müsahibəsində  bildirib. 

"Putin əslində siyasi layihəni həyata keçirir, onun məqsədi fövqəldövlət statusunu qaytarmaqdır və Krım bu baxımdan onu hər şeydən az maraqlandırır" - deyə, sabiq prezident qeyd edib. 

Bundan başqa, o Qərbi Ukraynaya yardım etməyə çağırıb: "Mən Rusiya tankları və raketlərdən müdafiə üçün vasitələri nəzərdə tuturam. Mən Aİ-nin Ukraynaya hərbi yardımın gösətirilməsini böyük problem kimi görməsini anlaya bilmirəm. Siyasi danışıqlar bir nəticə verməyəcək" - deyə, V.Yuşenko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi