Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb Bu, Yaponiyada yaradılan ilk reaktiv hava gəmisidir
Qarabağ
17 Fevral , 2016 08:17
Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Yaponiyanın yeni “Mitsubishi Regional Jet” (MRJ) reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk saziş imzalanıb. “Report”un “RİA” Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiyada yaradılan ilk reaktiv hava gəmisindən 20 ədədi 2018-ci ildə ABŞ-ın Florida ştatında yerləşən “Aerolease Aviation” şirkətinə təhvil veriləcək.

Qeyd edək ki, noyabrın 11-də “Mitsubishi Regional Jet” sınaq uçuşu edib. Təyyarə Naqoya aeroportundan qalxaraq bir saat sonra geri dönüb.

Yeddi ilə hazırlanan “MRJ” təyyarəsinin ilk nümunəsi 2014-cü ilin oktyabrında təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi