"Yaddan çıxmaz Qarabağ" kitabı 4 əcnəbi dilə tərcümə olunub

"Yaddan çıxmaz Qarabağ" kitabı 4 əcnəbi dilə tərcümə olunub Yaxın günlərdə bu nəşrlər ölkədə fəaliyyət göstərən xarici səfirliklərə təqdim olunacaq
Qarabağ
8 Aprel , 2015 18:39
Yaddan çıxmaz Qarabağ kitabı 4 əcnəbi dilə tərcümə olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Maarifçi Gənclər Təşkilatının (AMGT), Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Yaddan çıxmaz Qarabağ" kitabı 4 dilə tərcümə olunub. 

"Report" xəbər verir ki, nəşrin tərcüməsi təbliğatla yanaşı, həm də əcnəbi mütəxəssisləri Qarabağ həqiqətlərinin düzgün tədqiqatına cəlb edə bilər.

Kitabın rus, türk, ingilis və alman dillərinə tərcümə edilməsində məqsəd Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına nail olmaqdır. Kitabda Qarabağı görməyən 22 gəncin xəyal dünyasındakı ata-baba yurdlarından təsirli söhbətlər yer alır. Toplunun 4 dilə tərcümə olunan nüsxələrinin yayımı da nəzərdə tutulur. Yaxın günlərdə bu nəşrlər ölkədə fəaliyyət göstərən xarici səfirliklərə təqdim olunacaq.

Qeyd edək, tanınmış telejurnalist Günay Malikqızının müəllifi olduğu "Yaddan çıxmaz Qarabağ" ilk dəfə Azərbaycan dilində nəşr olunub. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində AMGT-nin "Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək" adlı layihənin məhsulu olan nəşrdən müxtəlif rayonlarda yaşayan və bir-biri ilə sıx əlaqəsi olmayan qaçqın və məcburi köçkün gənclər bəhrənələniblər. Müəllif köçkün həyatı yaşayan 22 gənclə tək-tək görüşərək onların xatirələrini qələmə alıb. Nəticədə belə bir fikir ortaya çıxıb: "Ermənilər bu gənclərin təkcə torpaqlarını deyil, uşaqlıq xatirələrini də oğurlayıblar. Vaxt gələcək bu mənəvi oğurluğa görə də ermənilər cavab verəcəklər". 

Son xəbərlər

Orphus sistemi