Bakı. 25 fevral. REPORT.AZ/ "Xocalı faciəsinin bütün dəhşəti ondadır ki, dinc əhali qəsdən öldürülüb".
Bunu "Report"a açıqlamasında ukraynalı pilot, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımın şahid olmuş Leonid Kravets deyib.
"Bütün müharibələrdə qaçqınlara qaçıb xilas olmaq hüququ verilir, amma Xocalıda verilmədi", - deyə o bildirib.
Onun sözlərinə görə, Xocalı faciəsi tanınmağa ehtiyac duymur, o, artıq baş vermiş bir hadisədir: "Beynəlxalq ictimaiyyətin faciəni tanıyıb-tanımamasından asılı olmayaraq, faciənin miqyası dəyişməyəcək. Günahsız insanlar öldürülüb".
Onun sözlərinə görə, Xocalı faciəsi Azərbaycan xalqının əbədi ağrısı, əbədi sağalmayan yarasıdır. "Yüz minlərlə sakinin itkisi ilə barışmaq olmaz. Bu, dəhşətlidir", - deyə L.Kravets fikrini tamamlayıb.