Bakı. 25 aprel. REPORT.AZ/ Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlının
Bu barədə "Report"a Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, dörd dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək: "Elşad Eyvazlının “Böyüməyən uşaqlar “ kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək. Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək".