XİN: Qondarma Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur

XİN: Qondarma Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur "Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir"
Qarabağ
8 Oktyabr , 2014 15:23
XİN: Qondarma Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz".

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dağlıq Qarabağda əsir götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilgəm Əsgərov barəsində qondarma məhkəmə işinin başlaması ilə bağlı yaydığı bəyanatda deyilir.

"Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub və Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir", - deyə, bəyanatda vurğulanır.

XİN bildirib ki, Azərbaycan tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.

Son xəbərlər

Orphus sistemi