XİN: Özünü mədəniyyət xadimi adlandıranlar Xocalı faciəsinin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalıdır

XİN: Özünü mədəniyyət xadimi adlandıranlar Xocalı faciəsinin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalıdır Nazirlik Lyubov Kazarnovskayanın Xankəndi şəhərində konsertlə çıxış edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib
Qarabağ
31 Avqust , 2015 13:03
XİN: Özünü mədəniyyət xadimi adlandıranlar Xocalı faciəsinin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalıdır

Bakı. 31 avqust. REPORT.AZ/ Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində konsertlə çıxış edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayıb: "Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Ədalət və sülhdən danışan Lyubov Kazornovkayaya xatırlatmaq istərdik ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırımı əməlləri törədilib. Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər".

Onun sözlərinə görə, Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib: "Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".  

Son xəbərlər

Orphus sistemi