Azərbaycan XİN Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi təklifini şərh edib

Azərbaycan XİN Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi təklifini şərh edib "Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri ölkəsi olması məsələsi hələlik gündəmdə deyil"
Qarabağ
27 Fevral , 2015 13:32
Azərbaycan XİN Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi təklifini şərh edib

Bakı. 27 fevral. REPORT.AZ/ "Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri ölkəsi olması məsələsi hələlik gündəlikdə deyil". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Türkiyə və Almaniyanın Minsk qrupunun həmsədrlikdə təmsil olunmaları təklifinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun bütün üzvləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməli və fəallıq nümayiş etdirməlidirlər.

H.Hacıyev xatırladıb ki, Almaniya və Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir. "Ümumilikdə, yekun məqsəd Azərbaycan ərazilərini işğaldan azad etmək və məcburi köçkünləri öz evlərinə geri qaytarmaqdır. Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri ölkəsi olması məsələsi isə hələlik gündəmdə deyil".

"Həmsədrlərdən gözləntimiz ondan ibarətdir ki, Ermənistanın destruktiv, danışılar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq bu ölkəyə fərqli münasibət sərgiləsinlər və məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq edilməsini nəzərdən keçirsinlər”, - H. Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi