XİN-in şöbə müdiri: “BQXK-nın əsir və girov götürülmüş şəxslərlə bağlı yeni siyahısındakıların əksəriyyətini azərbaycanlılar təşkil edir”

XİN-in şöbə müdiri: “BQXK-nın əsir və girov götürülmüş şəxslərlə bağlı yeni siyahısındakıların əksəriyyətini azərbaycanlılar təşkil edir” “Beynəlxalq Qızıl Xaç Komitəsinin əsir və girov götürülmüş şəxslərlə bağlı məlumat mexanizminin yaradılması səylərini alqışlayırıq”
Qarabağ
24 Fevral , 2016 13:39
XİN-in şöbə müdiri: “BQXK-nın əsir və girov götürülmüş şəxslərlə bağlı yeni siyahısındakıların əksəriyyətini azərbaycanlılar təşkil edir”

Bakı. 24 fevral. REPORT.AZ/ “Fransanın Paris şəhərində Ermənistanla Azərbaycan prezidentlərinin görüşündə əsir və itkin düşmüş şəxslərlə bağlı məlumat mexanizminin yaradılması haqda razılaşma əldə olundu. Nəticədə hər iki tərəfdən əsir düşmüş və girov götürülmüş şəxslərlə bağlı yenilənmiş siyahı müəyyən edildi. Beynəlxalq Qızıl Xaç Komitəsi 4500 nəfəri itkin və əsir götürülmüş hesab edir. Bunların da 80 faizi hərbçilərdir”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran bildirib.

Onun sözərinə görə, nümayəndəlik müvafiq orqanlarla birgə çalışaraq əsir və itkin düşmüş şəxslərin öz evinə qayıtması üçün çalışır: “Əsirlərin qaytarılması və dəyişdirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir. 2014-cü ildə isə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə əməkdaşlıq çərçivəsində 2 min ailədən bioloji nümunələr götürülüb. Hər bir ana əsirlikdə olan övladı haqqında məlumat bilmək istəyir. Bizim təşkilat humanitar yardım göstərir. Bunun milli mənsubiyyətə aidiyyatı yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri Seymur Mərdəliyev isə deyib ki, əsir və girov götürülmüş şəxslərin taleyi ölkə üçün çox önəmlidir: “Biz beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində daim əsir düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələlər qaldırırıq. Beynəlxalq Qızıl Xaç Komitəsinin əsir və girov götürülmüş şəxslərlə bağlı məlumat mexanizminin yaradılması səylərini alqışlayırıq. Yeni siyahıdakıların əksəriyyətini azərbaycanlılar təşkil edir”.

Son xəbərlər

Orphus sistemi