XİN: "Həmsədrlər Ermənistanı zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər"

XİN: "Həmsədrlər Ermənistanı zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər" Hikmət Hacıyev amerikalı həmsədrin prezidentlərə çağırışına münasibət bildirib
Qarabağ
23 Yanvar , 2015 20:40
XİN: Həmsədrlər Ermənistanı zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı həmsədrin Azərbaycan və Ermənistan prezidentlərinə təmas xətti boyu zorakılığı dayandırmaq barədə çağırışına münasibət bildirib.

"Report"un məlumatına görə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev mətbuata açıqlamasında deyib:

"ABŞ-dan olan həmsədr Ceyms Uorlikin münaqişə tərəflərinə müraciətinə cavab olaraq, biz də ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində Azərbaycan və Ermənistan prezidentlərini təmas xətti boyu zorakılığı dayandırmağa çağırıb: "Mənim prezidentlərə müraciətim: qoşunların təmas xətti boyu zorakılığı dayandırmaq və danışıqlara sadiq qalmaqdır".

Son xəbərlər

Orphus sistemi