​XİN: "Ceyms Uorlikin Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən planın tərkib elementi olması istisna deyil"

​XİN: "Ceyms Uorlikin Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən planın tərkib elementi olması istisna deyil" "Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur"
Qarabağ
6 Noyabr , 2015 18:02
​XİN: Ceyms Uorlikin Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən planın tərkib elementi olması istisna deyil

Bakı. 6 noyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud status kvonu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "twitter" profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhinə münasibət bildirən XİN rəsmisi deyib: 

"ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda, Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur. İndiyə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyət ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür.

Əksinə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu qurumlarla məsləhətləşməsinə ehtiyac var"

Son xəbərlər

Orphus sistemi