Xələf Xələfov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində AQFETM ölkələrinin dəstəyinə ümid edir"

Xələf Xələfov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində AQFETM ölkələrinin dəstəyinə ümid edir" Azərbaycan xarici işlər nazirinin müavini Pekində AQFETM-in iclasında iştirak edir
Qarabağ
28 Aprel , 2016 09:23
Xələf Xələfov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində AQFETM ölkələrinin dəstəyinə ümid edir

Bakı. 28 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkündür. Bu baxımdan Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQFETM) çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn tələblərinin yerinə yetirlməsinə və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə təkid etməsi çox vacibdir. Çünki Dağlıq Qarabağ münaqişəsi həm də beynəlxalq sülhə və təhlükəsizliyə təhdid sayılır", - deyə X.Xələfov bildirib.

Onun sözlərinə görə, münaqişənin həllində AQFETM ölkələrinin dəstəyinə ümid edir.

Qeyd edək ki, AQFETM Asiya ölkələri arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Onun tərkibinə 26 dövlət, BMT, ATƏT və Ərəb Dövlətləri Liqası (ƏDL) da daxil olmaqla 12 müşahidəçi daxildir.

Son xəbərlər

Orphus sistemi