Vladimir Putin: "Dağlıq Qarabağ məsələsi üzrə uzunmüddətli həll yolu zəruridir"

Vladimir Putin: "Dağlıq Qarabağ məsələsi üzrə uzunmüddətli həll yolu zəruridir" "Rusiya bu məsələnin həllində maraqlıdır"
Qarabağ
14 Aprel , 2016 15:16
Vladimir Putin: Dağlıq Qarabağ məsələsi üzrə uzunmüddətli həll yolu zəruridir

Bakı. 14 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi üzrə uzunmüddətli həll yolu zəruridir". "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa bağlantı zamanı Dağlıq Qarabağ münaqişəsini şərh edərkən deyib.

O bu həll yollarına siyasi vasitələrlə nail olunmasının, kompromis əldə edilməsinin zəruriliyini qeyd edib: "Biz bu məsələylə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Rusiya bu məsələnin həllində maraqlıdır. Biz həm Azərbaycan, həm də Ermənistanla tam şəkildə əməkdaşlıq etmək istəyirik". 

Onun sözlərinə görə, bu məsələyə ehtiyatla, heç kimə zərər verməmək prinsipi ilə yanaşmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi