Uorlik: "Prezidentlərin görüşü Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq"

Uorlik: "Prezidentlərin görüşü Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq" "Bugünkü görüş tərəflər arasında etimadın qurulmasına yardım edəcək"
Qarabağ
20 İyun , 2016 11:56
Uorlik: Prezidentlərin görüşü Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq".

"Report" xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Xatırladaq ki, iyunun 20-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi