Bakı. 8 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mənfəəti müharibə xərclərindən üstündür. Münaqişənin nizamlanması regionda inkişafa gətirib çıxara bilər". "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində bildirib.
Qeyd edək ki, yanvar ayının əvvəlindən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması müşahidə olunur.